Məhkəmə təcrübəsində «Andlılar məhkəməsi» anlayışı var. Başqa cür » Andlı iclasçılar». Ölkə qanunvericiliyi işləyən, hüquq mühafizə sistemi, məhkəmə sistemi ədalətli olan, əhalinin intellekt səviyysəi, ədalət anlayışı yerində olan ölkələrdə tətbiq edilən təcrübədir. 8 nəfər və ya 12 nəfərdən ibarət olur. Andlılar siyahısına düşmək üçün məhkəmə sistemo vətəndaşları tam araşdırır, monitorinq edir, dövlətə borcu varmı, işləyirmi, vinayət məsuliyyətinə cəlb olunubmu, iş yerində, ailəsində, cəmiyyətdə davranışı necədir, təhsil səviyyəsi hara qədərdir, ədalətlidirmi, ölkə qanunvericiliyi ilə tanışdırlarmı, ümumi dünyagörüşləri varmı?
Kastinqə çağrılan şəxslər bəzən rəsmi, bəzən qeyri-rəsmi müsahibə və sınaqlardan keçir, sualları cavablayırlar. Uyğun namizədlərə qanunvericilik, dünya təcrübəsi, beynəlxalq standartlar, məhkəmə işi, psixologiya öyrədilir.
Tam bitərəf, öz fikri və iradəsi olan, təsir altına düşməyən, möhkəm psixikası olan, soyuqqanlı başla, rasional və məntiqi düşüncəyə malik şəxslər hər dəfə bir iş üçün andlı məhkəməyə seçilirlər, bu barədə bidliriş əldə edirlər və həmin məhkəmə işində andlılardan biri olurlar.
Hələ pul da alırlar. Aldıqları maaşı alırlar.
Bəzi ölkələrdə andlıların iştirak etmədiyi və qərar vermədiyi bəzi cinayət işləri olur, adətən bu ağır cinayətlər olur. Bəzən müdafiə tərəfi andlıların tərkibi buraxa və yeni tərkib tələb edə bilər.
Qərar iki cür verilə bilər, yekdilliklə, ya da səs çoxluğu ilə. Bir çox hallarda, andlıların verdiyi qərardan şikayət edilmir, iş apelyasiya, kassasiya məhkəməsinə, ali məhkəməyə gedib çıxmır.
Andlılar diqqətli olmalı, hər bir tərəfi dinləməli, müşahidə etməli və insan psixologiyasını bilməli, emosional davranmamalıdır.
Bizim məhkəmə qanunvericiliyində bu anlayış yoxdur. Niyə? Bir çox inkişaf etmiş ölkələrdə bu işlədiyi halda, bizdə işləməyəcək, sərf etməyəcək. Çünki bizdə hakim alidir. Çünki bizdə qərarı vermək istəyən hakimdir. Çünki bizdə xalqın arasından seçilən şəxslərə güvən yoxdur. Çünki bizim kimi ölkələrdə ədalət anlayışı nisbidir, məhduddur, rüşvət, qohumbazlıq, tanışlıq kimi anlayışlar var, hədə-qorxu, təzyiq var. Çünki bizdə andlıların təhlükəsizliyi, qərarlarına kənar şəxslərin təsir etməməsinə təminatı kimsə vermir.
Andlının olması hakimlərin qeyri-qanuni fəaliyyətinə mane olur, rüşvət almasının qarşısını alır, səlahiyyətlərini məhdudlaşdırır, nüfuzunu və hakimə olan güvəni aşağı salır.
Məncə, ikili yanaşma var, ölkəmizdə bu cür məhkəmənin mənfi tərəfi daha çoxdur, nəinki müsbət tərəfi. Azərbaycanda andlılar məhkəməsinin olması üçün düzgün və maariflənmiş insanları tapmaq çətindir. İnsanları, eləcə də cəmiyyətin ədalət anlayışı və qərəzsizliyi şübhə doğurur.
Andlılar məhkəməsinin şəffaf, düzgün və ədalətli işləməsi üçün maraqların toqquşmaması, rüşvətin olmaması, şəxsi münasibətlərin olmaması təmin edilməli, qərəzsizlik, ədalətlik, qanunu əsas götürmək üstünlük təşkil etməlidir. Təfəkkür emosional deyil, rasional olmalıdır. Təhlil qabiliyyəti, məntiqi nəticəyə gəlmək, cinayət işindən, qanunvericilikdən anlayışı olmaq, təhsil, insan psixologiyasını bilmək önəmlidir.
Başqa bir anlayış isə dövlət tərəfindən təyin edilən vəkildir. Bizim kimi ölkələrdə dövlətin təyin etdiyi vəkil də bu işdə maraqlı olmur. Çox vaxt dövlətin təyin etdiyi vəkil üçün ittiham edilən tərəf ödəniş etmir. Bu cür vəkilə güvənsizlik olur. Vəkil işə və ittiham edilən tərəfə ədalətli və qərəzsiz yanaşmır, işi yola verir. Bu cür vəkillərin işi yola verməsi, bəlkə əslində günahsız və cinayəti törətməyən şəxsin həbsi ilə nəticələnməsi, ədalətsizliyin baş verməsi bu cür vəkillərin xidmətindən imtina edilməsi ilə nəticələnir, özəl və ödənişli vəkillərin xidmətinə müraciət etməsinə səbəb olur. Bu isə ödənişli vəkillərin bazardakı rəqabətini artırır, qiymətlər də qalxır. Həmin dövlət vəkili özəl və ödənişli bazarda xidmətini təklif etdikdə, daha çox pul əldə edir, stimulu olduğu üçün işə daha məsuliyyətli yanaşır.
Hər kəsin özünü qorumaq və öz vəkili olmaq hüququ var. Sadəcə olaraq həmin vətəndaş qanunvericilikdən, konstitusiyadan, məcəllələrdən, beynəlxalq konvensiyalardan, məhkəmə presedentlərindən, bu cür işlərin məhkəmədəki qərarların statistikasından, ittiham edən tərəfin və hakimin kimliyindən və taktikasından xəbərdar olmalıdır. Hər kəs bu yükün və məlumatın altına girmək istəmir. Girən də məhkəmə işini uduzacağını təxmin edir.
Комментарии